Ənsarullah heyəti Cenevrə yolunda

Yəmənin Ənsarullah xalq hərəkatının heyəti yəmənli-yəmənli müzakirələrdə iştirak üçün Cenevrəyə yollanıb.
Maide.az xəbər verir ki,  Yəmənin Ənsarullah xalq hərəkatının heyəti yəmənli-yəmənli müzakirələrdə iştirak üçün Səna beynəlxalq hava limanından Cenevrəyə yollanıb. İclasın bu gün keçiriləcəyi nəzərdə tutulsada bəzi problemlərə görə, sabah keçiriləcək. 
Bundan qabaq BMT baş katibinin Yəmən məsələləri üzrə nümayəndəsi İsmayıl Vələd Əlşeyx Əhməd və Ənsarullah xalq hərəkatı Cenevrədə aparılacaq danışıqların yanız iki yəmənli tərəfin arasında aparılacağını vurğulamışdılar. "İclasda iştirak edən digər ölkələrlə dialoqlar məsləhətləşmə mahiyyəti daşıyacaq",-deyə İsmayıl Vələd Əlşeyx Əhməd bildirib. 

Google+ WhatsApp ok.ru