Ərdoğanla Putin noyabrda görüşü planlaşdırılıb 31 İyul 2015 01:00 Dünya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü bu ilin noyabr ayında Kazanda keçirilə bilər. Bunu Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Türkiyə prezidentləri arasında ikitərəfli görüş noyabr ayının sonunda Kazanda keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası çərçivəsində baş tuta bilər. Səfir deyib ki, dövlət başçıları arasında görüşdə müzakirə olunacaq mövzulardan biri “Türk axını” layihəsi olacaq: “Əlbəttə ki, bu məsələ müzakirə olunacaq məsələlər arasında olacaq”. Türkiyəli diplomat Ərdoğanla Putinin daha tez görüşə biləcəklərinin mümkünlüyünü qeyd edib: “Biz bunu istisna etmirik. Ola bilsin ki, belə görüş hansısa beynəlxalq sammit çərçivəsində olsun. Qeyd etmək istəyirəm ki, “Böyük 20-lər”in sammiti Türkiyənin Antalya şəhərində keçiriləcək. Orada iki liderin görüşü mümkündür. Bundan başqa, Asiya Sakit Okean Ölkələrinin Forumu (ASEAN) var. Orada da Erdoğan və Putin görüşə bilərlər. Lakin hazırda liderlərin görüşü barədə hansısa planlaşdırılmış iş aparılmır”. Teqlər : #Ərdoğanla Putin noyabrda görüşü planlaşdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionistlər Fələstinli körpəni diri-diri yandırdılar -Foto Ferqusonda üç nəfər həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO