Ferqusonda üç nəfər həbs olunub

ABŞ-ın Missuri ştatının Ferquson şəhərində yeni etirazların davam etməsi ilə əlaqədar olaraq ən azı 3 nəfər həbs olunub.
 
Maide.az xəbər verir ki, ictimai etirazlara səbəb olan bu şəhər meri Ceyms Nolsla sakinlər arasında sual-cavab iclasının keçirilməsi ardınca, ictimai toplantılar zalında ən azı 3 nəfər həbs olunub. 
 
Məlumata görə, aranın qarışması ilə Ferquson meri zalı dərhal tərk edib. 
 
Onlarla etirazçı irqçiliyə qarşı şüarlar səsləndirərək, hökumətin bu barədəki siyasətlərinin dəyişilməsini tələb edib. 
 
ABŞ-da polisin güc tətbiq etməsinə etirazların uzun keçmişi var. Lakin bu etirazların yeni dövrü Ferquson sakini qaradərili yeniyetmə Maykl Barunun bir ağdərili polis tərəfindən qətlə yetirilməsindən sonra başlandı.

Google+ WhatsApp ok.ru