Ənbar vilayətində bir bölgə İŞİD terrorçularından geri alınıb

İraqın qərbində yerləşən Ənbar vilayətinin Cəbəb bölgəsi şiddətlə atışmalardan sonra İŞİD-dən gerio alınıb.
Maide.az xəbər verir ki, atəşma zamanı İraq döyüşçülərindən 3 nəfər ölüb, 4 nəfr də yaralanıb.
Bunun əvəzində isə terrorçulardan 27 nəfər öldürülüb. Bundan başqa, terrorçuların çoxlu sayda texnikası məhv edilib.
Böyük itkilər verən İŞİD terrorçuları döyüş meydanından qaçdıqdan sonra Cəbə bölgəsi tamamilə İraqın nəzarətinə keçib.//

Google+ WhatsApp ok.ru