AEBA rəhbəri İranda monitorinqlərin aparılması üçün ilə 9 mln avro istəyib

İranla əldə edilən sazişin icra olunması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) ilə 9 mln avrodan çox vəsait gərəkdir.
 
Maide.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu  AEBA rəhbəri  Yukiya Amano bildirib.
 
Amanonun sözlərinə görə, təşkilatın xüsusi büdcədən kənar fondundakı vəsaitlər yalnız İranın nüvə tədqiqatlarının monitorinqinə və nüvə obyektlərinin yoxlanılmasına kifayət edib, lakin İranda cari işlərin görülməsi üçün ayrılmış bu vəsaitlər artıq sentyabrda tükənəcək.  
 
AEBA rəhbərinin hesablamalarına görə,  nüvə obyektlərinin yoxlanılmasına 6,2 mln avro, əlavə protokolun bəndlərinin icrasına isə daha 3 mln avro gərəkdir.   
 
Amano AEBA-ya üzv ölkələrdən üzvlük haqqının artırılması məsələsini qaldıracağını istisna etməyib, lakin bu 2017-ci ildən tez baş verməyəcək.  

Google+ WhatsApp ok.ru