“Boko Haram” terrorçularına görə 1,4 milyondan çox uşaq evini tərk edib 19 Sentyabr 2015 01:00 Dünya Nigeriyada minlərlə insan “Boko Haram” terrorçu qruplaşması yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. Maide.az xəbər verir ki, UNİCEF-in hesabatına görə, İŞİD terrorçu qruplaşmasına bağlı olan “Boko Haram”ın Afrikada təşkil etdiyi hücumların sayı son aylarda daha çox artıb. UNİCEF sözçüsü Kristof Bulerak bildirib ki, Nigeriyada son 5 ayda daha 500 min uşaq evini tərk etmək məcburiyyətində qalıb. Bununla da qaçqın vəziyyətinə düşən uşaqların sayı 1,4 milyona çatıb. Onun sözlərinə görə, təkcə Nigeriyanın şimalında 200 min uşaq evsiz qalıb ki, onların da yarısı 5 yaşdan kiçiklərdir. Kristof Bulerak Nigeriyaya qonşu ölkələrin də “Boko Haram”ın hücumlarından təsirləndiyini deyib: “Kamerun, Çad və Nigerdə də 265 min uşaq evsiz qalıb”./ Teqlər : #Boko Haram terrorçularına görə 1,#4 milyondan çox uşaq evini tərk edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xorvatiya da sərhəd qapılarını qaçqınların üzünə bağladı ABŞ və Rusiya Suriyada təyyarələrinin toqquşmaması üçün danışıblar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO