Xorvatiya da sərhəd qapılarını qaçqınların üzünə bağladı 19 Sentyabr 2015 01:00 Dünya Miqrantlara sərhədlərini bağlayan ölkələr sırasına Xorvatiya da qoşuldu. Maide.az xəbər verir ki, Suriyada İŞİD terrorçularının əlindən qaçaraq Avropaya pənah aparan suriyalıları heç kim qəbul etmək istəmir. 14 sentyabrda Macarıstan başda olmaqla bir çox Avropa ölkəsi sərhədlərini bağlayaraq qaçqınların girişinə qadağa qoymuşdu. Macarıstanın Serbiya ilə sərhədlərini bağlamasından sonra qaçqınlar Xorvatiya tərəfə üz tutmuşdular. 1 gündə 10 mindən çox suriyalı qaçqın Xorvatiya ərazisinə keçə bilib. Xorvatiya hökuməti daha çox suriyalının ölkəyə girişinin qarşısını almaq üçün Serbiya ilə sərhəddə 8 giriş məntəqəsindən 7-ni bağlayıb. Xorvatiyanın daxili işlər naziri Ranko Ostojiç ölkənin “tamamilə dolu” olduğunu söyləyib və qaçqınlara alçaldıcı danışıq tərzində səslənib: “Artıq buraya gəlməyin. Serbiya, Makedoniya və Yunanıstandakı qaçqın sığınacaqlarında qalın. Avropaya gedən yol bu deyil. Avtobuslar sizə oraya aparmaz. Bu bir yalan”./ Teqlər : #Xorvatiya da sərhəd qapılarını qaçqınların üzünə bağladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Coca-Cola` 3,3 mrld. dollar məbləğində vergidən yayınmaqda ittiham olunur “Boko Haram” terrorçularına görə 1,4 milyondan çox uşaq evini tərk edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO