Ənsarullah qüvvələri Səud ordusunun 1 zabitini və 8 əsgərini öldürüb

Yəmənin Müdafiə Nazirliyi bildirib ki, Yəmən ordusunun köməyi ilə Ərəbistanın Cizan sərhəd məntəqəsində bu ölkənin mövqelərinə qarşı edilən hücumda azı altı ərəbistanlı hərbçi öldürülüb.
 
Maide.az xəbər verir ki, Yəmənin Müdafiə Nazirliyinin məlumatında həmçinin bu hücumda mərmi atəşlərindən istifadə edilərək altı hərbi avtomobil də məhv edildiyi bildirilir.
 
Ötən dörd gün ərzində Ərəbistanın Yəmənə qarşı amansız hava hücumları nəticəsində 230 nəfərdən çox yəmənli həlak olub.
 
Yəmənli qüvvələrin Ərəbistandakı Əsir məntəqəsində yerləşən Əl-Rəbuə şəhərinə qarşı raket hücumlarında da bir səudiyyəli zabit və iki səudiyyəli əsgər öldürülüb.

Google+ WhatsApp ok.ru