Ərəbistan Yəmənə qarşı yenə kasset bombası istifadə etdi

Mart ayından bu yana davam edən Yəmən bombardmanında Səud rejimi yenə qadağan edilmiş kasset bombalarından istifadə edib.
 
Maide.az xəbər verir ki, Ərəbistan qırıcıları Yəmən xalqına qarşı geniş təcavüzlərinin davamında Səədə vilayətində yerləşən Hidan məntəqəsinə qadağan olunmuş bombalar atıb.
 
Qeyd edək ki, bu ilk dəfə deyil və beynəlxalq İnsan Haqları Müşahidə Şurası son hesabatında Ərəbistanın Yəməndə kasset bombalardan istifadə etdiyini açıqlamışdı və bu barədə tənqid səsləndirmişdi. Hesabatda kasset bombalarının işlədilməsinin dərhal dayandırılması tələb edilmişdi.
 
Xatırladaq ki, Ərəbistanın başladığı təcavüzdən sonra Yəməndə xəstəxanalar Ərəbistanın hücumlarının davam etməsi səbəbindən kəskin dərman və tibb ləvazimatı çatışmazlığı ilə üz-üzədir.

Google+ WhatsApp ok.ru