“Google” İsraillə əməkdaşlıq sazişi bağlamaqdan imtina etdi 01 Dekabr 2015 02:00 Fələstin “Google” şirkəti Youtube sosial şəbəkəsində “təxribat xarakterli” videoların monitorinqinin aparılması ilə bağlı İsrail rejimi ilə hər-hansı bir müqavilənin bağlamasını rədd edib. Maide.az xəbər verir ki, Sionist İsrail rejimi XİN-nin müavini Tsipi Hotofili keçən həftə bildirmişdi ki, Youtube sosial şəbəkəsinin sahibi “Google” şirkəti İsrail rəsmiləri ilə görüşdən sonra anti-İsrail hisslərini təhrik edən videoların monitorinqi ilə razılaşıb. “Google” şirkətinin sözcüsü France Press Agentliyi ilə müsahibəsində bu məlumatı təkzib edərək, əlavə edib ki Sionist İsrail rəsmiləri ilə əsla belə bir müqavilə imzalanmayıb. O qeyd edib ki, Youtube və “Google” şirkətinin rəhbərliyinin Sionist rejiminin rəsmiləri ilə görüşü digər görüş kimi formal xarakter daşıyıb və bu görüşdə yalnız şirkətə məxsus saytlarda çıxan ziddiyyətli məzmunlarla bağlı müzakirə aparılıb. ABŞ-ın “Google” şirkətinin sözcüsü əlavə edib ki, şirkət İsraillə saziş bağlaması xəbərini təkzib etdikdən sonra, İsrail rəsmiləri öz açıqlamalarını dəyişərək, videoların izlənməsinə aid hissəni siliblər./ . Teqlər : #Google İsraillə əməkdaşlıq sazişi bağlamaqdan imtina etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru III intifadan başlayandan bəri 1200 fələstinli uşaq həbs edilib İsrail əsgərindən qan donduran etiraf -VİDEO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar