İsrail əsgərindən qan donduran etiraf -VİDEO 01 Dekabr 2015 02:00 Fələstin Qəzzaya qarşı 2007 ildən bəri davam edən İsrail hücumları nəticəsində minlərlə günahsız mülki vətəndaş öldürülüb. İslaminsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu əməliyyatlarda iştirak edən İsrail əsgərlərindən bəziləri həyata keçirdikləri qətliamlardan sonra depressiyaya düşərək qatil olduqlarını etiraf ediblər. İsrail Dövlət Komitəsinə yaşadığı psixoloji sıxıntılar səbəbiylə özünə dəstək olunması üçün yalvaran bir əsgər, öldürülən fələstinli məsumlar onun yuxularının kabusuna çevrildiyini bildirib. İsrail ordusuna daxil olmadan əvvəl adını dəyişdirdiyini deyən IdoGal Razon kod adlı İsrail əsgərinin qan donduran etirafları, Youtube şəbəkəsində yüklənən video ilə ortaya çıxıb. Videoda Razon 40-dan çox fələstinlini əlləri ilə qətlə yetirdiyini açıqlayıb. Razon hələ 20 yaşında ikən günahsız fələstinliləri qətlə yetirdiyi üşün 2007-ci ildən bu günə qədər psixoloji narahatlıqlar yaşadığını bildirib. “Onları sizin üçün bu əllərimlə öldürmüşəm. 40-dan artıq adam qətlə yetirmişəm. Mən bir qatiləm. 9 yaşlı uşağı və onunla yanaşı qətlə yetirdiyim məsum fələstinlilər gecə yuxuma girərək, nədən onları öldürdüyümü soruşurlar” - deyə əsgər qeyd edib. Teqlər : #İsrail əsgərindən qan donduran etiraf VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Google” İsraillə əməkdaşlıq sazişi bağlamaqdan imtina etdi İsrail hərbçiləri Qərb sahilində 23 fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar