Ərəb ölklərinin büdcə çatışmamazlığı problemi - 390 milyard dollar borc

Yeni bir hesabata görə,  2020-ci ilədək  Fars Körfəzində neft  hasilatı edən 6 Ərəb ölkəsi neftin qiymətinin  aşağı olmasına görə, öz büdcələrini təmin etmək  üçün  285-390  milyard dollar  məbləğində  borca girəcəklər.
 
Maide.az xəbər verir ki, Kuveyt  Maliyyə Mərkəzi  yeni hesabatında bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri – Bəhreyn,  Kuveyt,   Oman,  Qətər,  Səudiyyə Ərəbistan və BƏƏ – 2015-2016-cı ilində 318 milyard dollar məbləğində büdcə defisiti ilə üzləşiblər. 
 
Bu 6 ölkələrin  büdcəsinin 80 faizi neftdən  asılıdır. Neftin qiymətinin aşağı düşməsi ilə bu ölkələrdə 2014-cü ilin ortalarından  problemlər yaşanmağa başlayıb. 
 
Hesabatda bildirilir ki,  bu ölkələr öz  büdcə  çatışmamazlıqlarının bir hissəsini borc alma və bir hissəsini isə  ehtiyat fondlarından  təmin edirlər.Məlumata görə, OPEK-in ən önəmli  neft ixracatçılarından olan  Səudiyyə Ərəbistan  ötən il 26 milyard dollaryerli banklardan  borcalıb və 100 milyard dollar ehtiyat fonddan pul götürüb./
 

Google+ WhatsApp ok.ru