İŞİD teroorçuları İran sərhədlərini keçməyə çalışıb

İŞİD terror qruplaşmasının üzvləri  fevral ayında  İran sərhədlərini keçməyə çalışıb. Bunu İran Silahlı Qüvvələrinin quru qoşunları komandiri briqada generalı Əhmədrza Purdəstan bu gün  Ordu günü münasibəti  ilə keçirdiyi mətbuat konfransında deyib. 
 
Maide.az xəbər verir ki, Ə.Purdəstan deyib ki, İŞİD terrorçularının partlayıcı kəmərləri olub, onların qarşısını elə sərhəddə  quru qoşunları qüvvələri alıb. 
 
O, əlavə edib ki, 2 terrorçu sərhəddə məhv edilib. “Bu gün  sərhədlərimzdə  təhlükə yoxdur,  lakin  bəzi  ölkələr  terrorçular vasitəsi ilə bizim  sərhədlərdə  təhlükə yaratmaqda  maraqıldırlar.”
 
Ə.Purdəstan terrorçuların sayı və hansı sərhəddən kemələri ilə bağlı detalları açıqlamayıb.  /
 

Google+ WhatsApp ok.ru