Əfqanıstanda şiələr İŞİD əleyhinə etiraz aksiyası keçirib - FOTO

Əfqanıstanda şiələr İŞİD əleyhinə etiraz aksiyası keçirib - FOTO

Əfqanıstanda minlərlə Əhli-Beyt (ə) ardıcılı ölkənin qərbində Hərat şəhərində İŞİD terror qruplaşması əleyhinə etiraz aksiyası keçirib. 
 
Maide.Az-ın verdiyi xəbərə görə, etirazçılar elan edib ki, Əfqanıstanın yeni bir Suriyaya çevrilməsinə icazə verməyəcəklər.  
 
Məlumatlara görə, Əfqanıstanda İŞİD-in şiələrə qarşı hücumları 3 dəfə artıb. Tətkfirçi terrorçular Əfqanıstanın 34 əyalətindən 11-də geniş yayılıb. 
 
Etiraz aksiyasında iştirak edənlər, terrorçuların son hücumu zamanı şəhid olan şəxslərin fotolarını əllərində daşıyıb. Aksiyada “Əfqanıstan düşmənlərinə ölüm olsun”, “İŞİD-ə ölüm olsun” kimi şüarlar səsləndirilib. 
 
Etirazçılar İŞİD terror qruplaşmasının Əfqanıstanda geniş yayılmasına görə narahatçılıqlarını bildirib və Hərat əyalət başçısının ofisi qarşısında toplaşaraq hökumətdən şiələrin qorunmasına dair daha çoxlu addım atmağı tələb edib. 
 
Etirazçılardan biri jurnalistlərə deyib ki, İŞİD-in məscidlərə hücumlarının sayı artıb və onlar şiə və sünni arasında ixtilaf yaratmaq istəyir. Bu çox təhlükəlidir və hökumətdən tələb edirik ki, bizi qorusun. 
 
Qeyd edək ki, son vaxtlar İŞİD-in şiələrə qarşı hücumları artıb. Sonuncu belə hücum bazar günü Hərat şəhərində məsciddə baş verib, məscidin imam camatı şəhid olub və 5 nəfər isə yaralanıb.
 
Ötən ildə İŞİD-in şiələrə qarşı hücumları zamanı Məzar Şərifdə 14 nəfər, Kabildə isə şiələrin məscidinə hücum zamanı 18 nəfər şəhid edilmişdir. Həmçinin, ötən ilin iyul ayında İŞİD terrorçuları Kabildə şiələrin toplaşdığı cəmiyyətə hücüm təşkil etmişdir ki, bu hücum nəticəsində 80 Əhli-beyt (ə) davamçısı şəhid olub, 130 nəfər isə yaralanmışdır. (tasnimnews)
 
 
 

 

Google+ WhatsApp ok.ru