İraqın müftisinə qarşı sui-qəsd

İraqın müftisinə qarşı sui-qəsd

İraqın əhli-sünnə müftisi Mehdi Əs-Süməydi, Bağdadda beş nəfərin həyatına son qoyan terror hadisəsindən canını sağ qurtara bilib.
 
Maide.Az-ın məlumatına görə, bu barədə İraqın polis zabitlərindən biri deyib: İraqın əhli-sünnə müftisi Mehdi Əs-Süməydinin hərəkəti istiqamətində partlayıcı maddə ilə dolu maşın Bağdadın Yərmuk məhəlləsinin "Ümmu Təbəl" məscidinin yaxınlığında terror və sui-qəsd niyyəti ilə partladılıb. Amma müfti, beş nəfərin həyatına son qoyan bu terror partlayışı hadisəsindən canını sağ qurtara bilib.
 
Əl-Cabiri-İraqın polis zabiti, əlavə edib: Bu terror partlayışı hadisəsində 5 nəfər ölüb və 13 nəfər yaralanıb.
 
İraqın media və "kiv" məsullarından biri olan Zeyd Əl-Cəlusi də İraq Əhl-Sünnəsinin müftisi Mehdi Əs-Süməydinin bu sui-qəsd partlayışından canını qurtara bildiyini təsdiq edib.
 
Qeyd edək ki, "Anadolu" agentliyinin verdiyi xəbərə görə, həftənin birinci günü Fransua Olandın Bağdada səfəri ilə eyni zamanda İraqda baş verən sisilə terror hadisələrində ən azı 44 nəfər həyatını itirmişdir. (iqna) /

Google+ WhatsApp ok.ru