Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb

Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb

Bədəhşan əyalətində baş verən qar uçqunu nəticəsində səkkiz nəfər ölüb, yeddisi yaralanıb
 
Əfqanıstanın şimal-şərqində yerləşən Bədəhşan əyalətində qar uçqunu nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər yaralanıb.
 
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin regional idarəsindən məlumat veriblər.
 
Məlumata görə, faciə Tacikistanla sərhəd ərazidə yerləşən Şahri-Buzurq mahalında dünən günün ikinci yarısında, yerli sakinlərin bir qrupu dağda qızıl yuyulması ilə məşğul olan zaman baş verib.
 
Uçqundan sağ çıxmış yeddi nəfərin vəziyyətinin kritik olduğunu bildirilir. /

Google+ WhatsApp ok.ru