Əfqanıstanda polis və etirazçılar arasında qarşıdurma: 7 nəfər həlak olub -VİDEO

Əfqanıstanda polis və etirazçılar arasında qarşıdurma: 7 nəfər həlak olub -VİDEO

Əfqanıstanda 100 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən partlayışın ardınca  bu gün (cümə günü)  yüzlərlə insan Kabildə partlayışın baş verdiyi bölgədə hökumət və Amerika əleyhinə etiraz aksiaysı keçirib. 
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar hökumət əleyhinə şüarlar səslənidirb və prezident Əşrəf Qəninin istefasını tələb edib. 
 
Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Odlu silahlarla  havaya atəş açıb.   Etirazçılardan 7 nəfər aldığı güllə yarasından ölüb. 
 
Etirazçılar NATO və ABŞ qüvvələrinin ölkəni tərk etməsini istəyib. Etriazçılar həmçinin Əfqanıstan və ABŞ arasında imzalanmış  təhlükəsizlik sazişinə yenidən baxılmasını tələb ediblər. Onlar ölkələrinin təhlükəsizliyinin Əfqanıstanın öz qüvvələri tərəfindən həyata keçirilməsini istəyib. 
 
 
 

Google+ WhatsApp ok.ru