Səudiyyə lobbisi və mediası Qətər hakimiyyətini çevrilişlə hədələyib 02 İyun 2017 01:00 Dünya Səudiyyənin ABŞ-dakı lobbisinin sədri Salman əl-Ənsari Qətərin əmirini çevrilişlə hədələyib. Səudiyyənin ABŞ-dakı lobbisinin başçısı bildirib ki, Qətərin əmiri də Məhəmməd Mursi kimi devrilə bilər və onun taleyinə düçar ola bilər. Bundan əlavə Səudiyyənin ər-Riyad qəzeti də yeni ittihamında Qətər hakimiyyətinə çevrilişlə bağlı xəbərdarlıq edib. Bu qəzet yazıb: “46 ildə 5 çevriliş... Altıncının olması da mümkündür” Bu qəzet proqnozlarının davamında yazaraq, bildirib ki "Qətər əmirinin əmisi uşaqları və hakim ailəsinin digər nümayəndələri əmirin çıxışlarından mübərradırlar və məktub yazaraq Səudiyyə kralından üzr istəyiblər." Qeyd edək ki, Qətər və Türkiyə bölgədə İxvanul-Muslimin”in əsas dəstəkləyiciləridirlər. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələr İraq və Suriyada “İxvanul-Muslimin”i və həmçinin Nusra Cəbhəsi və sair terror təşkilatlarını dəstəkləsələr də Yarımadada və Şimali-Afrikada bu hərəkatın qatı düşmənləri hesab edilir. Qətərlə Səudiyyə arasında əsas problemlərdən biri kimi bölgədə hakimiyyət iddiasında olan siyasi islamçıların dəstəklənməsi məsələsidir. (islaminsesi) / Teqlər : #Səudiyyə lobbisi və mediası Qətər hakimiyyətini çevrilişlə hədələyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada İmam Həsənin (ə) mövludu münsibətilə festival keçiriləcək Əfqanıstanda polis və etirazçılar arasında qarşıdurma: 7 nəfər həlak olub -VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO