Əl-Husi İsrail və ABŞ rəhbərlərini “əxlaqsızlıq liderlər” adlandırdı 09 Mart 2018 02:00 Yəmən -- Onlar cəmiyyətin bünövrəsini dağıtmağa cəhd göstərirlər Yəmənin Ənsarullah Husilər Hərəkatının lideri Əbülməlik Əl-Husi Həzrət Fatimənin (s.ə) mövlud günü ilə bağlı müsəlman qadınlara xitabən açıqlama yayıb. Maide.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, əl-Husi İslam ümmətinin, insanlığın ən pik nöqtəsini tərənnüm edən Həzrət Fatimə (s.ə) ilə qürur duymalı və iftixar etməli olduğunu bildirib. O, mesajında işğalçı sionist İsrail və ABŞ haqqında da danışıb. Əl-Husi, hər iki ölkənin rəhbərlərinin bütün insanlığa düşmən olduğunu, qadınların şəxsiyyətini alçaldaraq siyasi məqsədlər üçün istifadə etməyə çalışdıqlarını söyləyib: “Əxlaqsızlıq liderləri qadınları ictimai sabitliyi pozmaq üçün istifadə etmək istəyirlər. Düşmənlər müsəlmanlara qarşı “yumşaq savaş” başladıb. Onlar əxlaq və mənəvi dəyərləri zədələmək üçün cəmiyyətin bünövrəsini dağıtmağa cəhd göstərirlər”. Teqlər : #ƏlHusi İsrail və ABŞ rəhbərlərini əxlaqsızlıq liderlər adlandırdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Səudiyyə rejim koalisiyasının hücumları nəticəsində 10 min 300 uşaq və qadın həyatını itirib Yəməndə tifoidin yayılması nəticəsində ölənlərin sayı çoxalır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'