Əfqanıstanda prezidentliyə namizəd yaralanıb 07 Mart 2019 13:55 Dünya Martın 7-də Kabilin qərbində raket hücumunda prezidentliyə namizəd və rəqib namizədin 8 mühafizəçisi yaralanıb. Hadisə Taliban tərəfindən öldürülmüş tanınmış şiə liderinin anım mərasimində baş verib. Mərasimə ölkənin bir sıra rəsmiləri, siyasi xadimləri yığışıb. Onlar 1995-ci ildə öldürülmüş etnik xəzər lideri Abdul Ali Mazari-ni anıblar. Tədbir iştirakçıları sırasında ölkənin hökumət başçısı Abdullah Abdullah, xarici işlər naziri Salahuddin Rabbani, keçmiş prezident Hamid Karzai, prezidentliyə namizəd, keçmiş milli təhlükəsizlik müşaviri Hanif Atmar, prezidentliyə namizəd Latif Pedram, Hezb-i Wahadat partiyasının etnik xəzər lideri Mohammad Mohaqiq olub. Əfqanıstan Milli Konqres Partiyasının rəhbəri Pedram Facebook səhifəsində yazıb ki, raket hücumundan kiçik yara alıb. Atmarın sözçüsü onun səkkiz mühafizəçisinin yaralandığını deyib. Daxili İşlər Nazirliyinin sözçüsünün deməsinə görə, hökumət qüvvələri şübhəli yaraqlıları mühasirəyə alıb. Onlar ərazini Kabilin şimal-şərqindən hədəfə alıblar. Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. /azadliq.org / Teqlər : #Əfqanıstanda,#prezidentliyə,#namizəd,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dağıstanda uşaq bağçasında kütləvi zəhərlənmə baş verib Gələn il İmam Hüseynin (ə) hərəminə yeni günbəz quraşdırılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO