Dağıstanda uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Dağıstanda uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Dağıstanın Məhərrəmkənd rayonunun Sovetskoye kəndində uşaq bağçasında zəhərlənən şagirdlərin sayı 21 nəfərə çatıb.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə "TASS"a Dağıstanın səhiyyə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Zalina Murtuzəliyeva bildirib.
 
Z.Murtuzəliyeva deyib: "[Sovetskoye kəndində] zəhərlənən uşaqların sayı 21-ə çatıb".
 
Məlumata əsasən, uşaqların bağçada zəhərlənməsi ilə əlaqədar epidemioloji araşdırmaya başlanılıb.
 
Qeyd edilir ki, zəhərlənənlərin vəziyyəti yüngül və orta dərəcəli kimi qiymətləndirilir.
 

Google+ WhatsApp ok.ru