Əfqanıstanın üç əyalətində döyüşlər daha da şiddətlənib 02 Noyabr 2020 11:36 Dünya Əfqanıstanın Helmənd, Künduz və Bədəxşan əyalətlərinin mərkəzində döyüşlər daha da şiddətlənib. Maide.Az ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib. Bildirilib ki, son sutkada ölkənin 27 əyaləti Talibanın hücumu, terror aktı və qurduğu minaların partlaması və digər təhlükəsizliyə zidd addımların şahidi olub. Əlavə edilib ki, üç əyalətin mərkəzində döyüşlər davam edir. Qeyd edək ki, Əfqanıstanda bu qarşıdurma və döyüşlər Talibanla hökumətin danışıqları fonunda baş verir. Bundan öncə isə ABŞ Talibanla sülh sazişi bağlayıb. Bu sazişə əsasən Taliban ABŞ qüvvələrinə hücumu dayandırıb. Teqlər : #Əfqanıstanın,#üç,#əyalətində,#döyüşlər,#daha,#şiddətlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada 157 terrorçu saxlanıldı Amerikalılar daha çox silah almağa başlayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO