‘BMT Əfqanıstan problemini həll etməkdə acizdir’ - Baş katib

‘BMT Əfqanıstan problemini həll etməkdə acizdir’ - Baş katib

“Əfqanıstanda inklüziv bir hökumətin qurulmasında vasitəçilik etmək üçün BMT-nin gücü məhduddur və  bu qurum həmin ölkədəki problemi həll etməkdə acizdir.” 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş deyib.
 
O, bildirib ki,  BMT-nin  Əfqanıstandakı problemi həll edə biləcəyini düşünmək illüziyadır.  “BMT-nin  Əfqanıstanda Taliban tərəfindən  inklüziv bir hökumətin qurulması  üçün vasitəçilik etmək imkanı məhduddur.”
 
A.Qutereş ABŞ-ın Əfqanıstanda  1 trilyon dollar xərclədiyinə diqət çəkərək qeyd edib ki,  ABŞ bu qədər pul ilə  Əfqanıstandakı problemlərin həllində aciz qaldığı halda BMT-nin pulsuz və  gücsüz on illərdən bəri yığılıb qalmış  problemləri həll edə biləcəyini düşünmək  illüziyadır.
 
A.Qutereş  qeyd edib ki, BMT  bacardığı qədər  humanitar böhranla üzləşən Əfqanıstana yardım  edəcək. Bu yardımların içərisində Talibanla əməkdaşlıq da var. 
 
Talibanın  Əfqanıstanda yeni hökumətin təşkilində BMT-nin rolunu qəbul etməyəcəyini deyən A.Qutereş onu da əlavə edib ki, möcüzə olacağını gözləmir.

Google+ WhatsApp ok.ru