ABŞ-da irqçilik və polis zorakılığına etirazların 13-cü günü (VİDEO)

ABŞ-da irqçilik və polis zorakılığına etirazların 13-cü günü (VİDEO)

ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığından ölməsindən sonra ölkə daxilində başlayan etiraz aksiyaları 13-cü gününə daxil olub.
 
 Maide.Az deyerler.org-a istinadən xəbər verir ki, etirazların əsasən dinc keçməsi səbəbi ilə Nyu-York, Çikaqo və Filadelfiyada küçəyə çıxmaq qadağası ləğv edilib.
 
Nyu-Yorkun müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında bir qrup nümayişçi Tramp Tover qarşısında “Səs verin, Trampdan xilas olun” kimi şüarlar səsləndiriblər.
 
ABŞ-ın prezidenti Donald Tramp 10 gündür etirazların davam etdiyi Vaşinqtonda milli qvardiya qüvvələrinin geri çəkilməsi əmrini verib.
 
Paytaxtdakı etirazlarda Yevangelist kilsəsinin yüzlərlə üzvü də iştirak edib.
 
Virciniyada ABŞ vətəndaş müharibəsi vaxtı Konfederasiya ordusunun generalı Karter Uikhemin heykəli dünən (7 iyun) gecə uçurulub.
 
Hyuston Universiteti Floydun anım mərasimində iştirak etmək istəyənlər üçün dərsləri ləğv etdiyini açıqlayıb.
 

Google+ WhatsApp ok.ru