ABŞ-dan təcavüzkar Ərəbistana 5.4 milyardlıq silah

ABŞ Dövlət Departamenti təcavüzkar Səudiyyə Ərəbistanına “Patriot” raketlərinin satışına icazə verib.
Bu barədə informasiyanı “BBC” televiziyası yayıb.
 
Televiziyanın məlumatına görə, satılacaq raketlərin dəyəri 5,4 milyard dollar səviyyəsində qiymətləndirilir. Yeni veriləcək raketlər Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini yüksəltmək üçün nəzərdə tutulub.
 
Qeyd edək ki, ABŞ bundan öncə Səudiyyə Ərəbistanına Yəmənə hücumunu dəstəkləmək məqsədi ilə  500 milyon dəyərində silah satmışdı.   ABŞ, sionist rejim və Fars Körfəzi ətrafındakı ərəb ölkələri Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəkləyir.  Avropa ölkələri  Ərəbistanın Yəmənə təcavüzü qarşısında sükut edir və Qərb mediaları Yəmən olayları barədəki reallıqları  təhrif edirlər. /
 

Google+ WhatsApp ok.ru