ABŞ-ın büdcə kəsiri üç dəfə artıb

ABŞ-ın büdcə kəsiri üç dəfə artıb

Sentyabrın 30-da başa çatan 2020-ci maliyyə ilinin yekunlarına görə, ABŞ-ın dövlət büdcəsinin kəsiri üç dəfə artaraq 3,1 trln. dollar təşkil edib.
 
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, büdcə kəsiri ÜDM-in 15,2%-ni təşkil edib ki, bu da 1945-ci ildən bəri maksimum nəticədir.
 
Qeyd edək ki, büdcə kəsiri federal hökumətin COVID-19 pandemiyası ilə mübarizəyə və ABŞ iqtisadiyyatına dəstək xərclərinin kəskin artması və geniş yayılmış izolyasiyaya ilə bağlı əmək bazarında kütləvi ixtisarlar fonunda yaranıb.
 

Google+ WhatsApp ok.ru