ABŞ-ın Türkiyədəki konsulluğuna silahlı basqın olub

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı basqın edilib.
Məlumata görə, basqın edənlərdən biri kişi, digəri qadın olub.
Bölgədə genişmiqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu da bildirilir.
Silahlı basqın hadisəsindən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat da keçirilib.
 

Google+ WhatsApp ok.ru