Pakistanda 7 nəfər saxlanıb

Pakistanın şərqində polis uşaqlara qarşı cinsi zorakılıq hərəkətləri edən və bu hərəkətlərin videosunu yayan 7 nəfəri saxlayıb. Kasur regionunun polis rəisi Shahzad Sultan avqustun 7-də bildirib ki, təhqiqatçılar indiyədək ələ keçirilmiş 18-19 videonu araşdırır.
 
Hələlik neçə uşağın cinsi zorakılığa məruz qalması, başqa videoların olub-olmaması barədə məlumat yoxdur.
 
Polis daha 10 nəfərin tezliklə saxlanacağını deyib. Zərərçəkən ailələr avqustun 4-də polislə toqquşub, bu halların araşdırılmamasından gileylənib.
 
Təhlilçilər Pakistanda uşaqların cinsi zorakılığa məruz qalması hallarının nadir hadisə olmadığını deyir. Ancaq indiki hal ilk mütəşəkkil cinayətkarlıq hadisəsi ola bilər. 

Google+ WhatsApp ok.ru