ABŞ 37 milyon insanın evlərindən didərgin düşməsinə səbəb oldu

ABŞ 37 milyon insanın evlərindən didərgin düşməsinə səbəb oldu

Dünyanın nüfuzlu "Brown" universiteti ABŞ əsgərlərinin müsəlman ölkələrində insanların həyatına necə zərbə vurması barəsində hesabatla çıxış edib. Yayımlanan hesabatda vurğulanır ki, "11 sentyabr" terrorundan sonra ABŞ-ın başlatdığı hərbi əməliyyatlar insanların evlərindən didərgin düşmələrinə səbəb olub. "Bu müddət ərzində 37 milyon insan daimi yaşadığı yerlərdən çıxmaq məcburiyyətində qalıb. Bu barədə məsuliyyət ABŞ hökumətinin tam olaraq üzərindədir", - deyə hesabatda diqqətə çatdırılıb. Qeyd olunub ki, bu rəqəm 2-ci dünya müharibəsini çıxmaqla 1900-cü ildən bu günə qədər qeydə alınan ən yüksək saydır. /eastnews/

Google+ WhatsApp ok.ru