Tramp hesab edir ki, Rusiya, Hindistan və Çin ətraf mühiti çirkləndirirlər 09 Sentyabr 2020 09:30 Dünya ABŞ Prezidenti Donald Tramp prezidentliyə namizəd, keçmiş vitse-prezident Jozef Baydenin orta təbəqəni məhv etmək niyyətində olduğunu deyib. Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, Ağ Evin başçısı J.Baydenin ətraf mühiti korlamaq niyyətində olduğunu da əlavə edib. Öz növbəsində onun administrasiyasının vəziyyəti yaxşılaşdırmaq üçün gündəlik işləri həyata keçirdiyini və paralel olaraq yeni yüksək maaşlı iş yerləri açdığını bildirib. "Baydenin planı Amerikanın orta təbəqəsini məhv etmək, eyni zamanda dünyanın çirklənməsində lider olan ölkələrə "havayı keçid" verməkdir", - D.Tramp deyib, lakin "havayı keçid"in nə olduğunu izah etməyib. ABŞ prezidenti bu cür ölkələr arasına Hindistan, Çin və Rusiyanın da daxil edildiyini və onun prezidentliyi dövründə "Amerikanın ən təmiz havaya sahib olduğunu" vurğulayıb. Teqlər : #donald tramp , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Havanın çirklənməsi hər il Avropada 400 min insanın vaxtsız vəfatına səbəb olur ABŞ 37 milyon insanın evlərindən didərgin düşməsinə səbəb oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO