ABŞ ‘Həşd Şabi’nin silahsızlaşdırılması üçün Bağdada təzyiq göstərir 18 Aprel 2019 13:16 Dünya ABŞ-ın Bağdad hökumətinə "Həşd Şabi' xalq birliklərinin silahsızlaşdırılması üçün təzyiq göstərir. Bu barədə İraq parlamentinin üzvü məlumat verib. İraq parlamentinin "əl-Fəth" koalisiyasından olan millət vəkili Məhəmməd Kərim bildirib ki, Vaşinqton Bağdaddakı səfirliyi vasitəsilə İraq hökumətinə "Həşd Şabi" xalq birliklərinə ağıllı və qabaqcıl silahların verilməsinə görə maneçilik törədir: "Bu təzyiqlər o qədər çoxalıb ki, ABŞ hökumətdə öz siyasi nümayəndələri vasitəsilə "Həşd Şabi"ni zəiflətməyə çalışır". Qeyd edək ki, "Həşd Şabi" ordu birləşməsi İraqın nüfuzlu din xadimi, mərceyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistaninin 2014-cü ilin avqustunda etdiyi cihad çağırışından sonra yaradılıb. Birləşmənin 300 minə yaxın tərəfdarı, 135 min nəfərlik aktiv hərbi gücü var. /eastnews.org/ Teqlər : #ABŞ,#‘Həşd,#Şabi’nin,#silahsızlaşdırılması,#üçün,#Bağdada,#təzyiq,#göstərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda sərnişin avtobusuna silahlı hücum: 14 nəfər öldürüldü Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə prezident iqamətgahına yürüş keçirdi - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO