Pakistanda sərnişin avtobusuna silahlı hücum: 14 nəfər öldürüldü 18 Aprel 2019 12:26 Dünya Pakistanın cənub-şərqindəki Bəluçistan əyalətində silahlı şəxslər sərnişin avtobusuna hücum edib, 14 nəfər öldürüldüyü bildirilir. Maide.Az “AA”a istinadla xəbər verir ki, Gvadar polis rəisi müavini Məhəmməd Vaseem mətbuata verdiyi açıqlamada bildirib ki, silahlı şəxslər Kəraçi şəhərindən Gvadar limanına gedən sərnişin avtobusunu dayandırıb və sərnişinlərə atəş açıb. Onun sözlərinə görə, silahlı şəxslər sərnişinlərin kimliyini yoxlayıb və 14 nəfəri vuraraq öldürüb. Polis hazırda hadisə yerindədir və faktla bağlı cinayət işi açılıb, istintaq davam edir. Pakistan baş naziri İmran Xan bu hadisəni “Pis terror hərəkəti” adlandırıb və pisləyib. Terror nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. Teqlər : #Pakistanda,#sərnişin,#avtobusuna,#silahlı,#hücum:,#nəfər,#öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda hərbi paradda yeni pilotsuz təyyarə nümayiş olunub ABŞ ‘Həşd Şabi’nin silahsızlaşdırılması üçün Bağdada təzyiq göstərir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO