ABŞ BMT-dən qalxan kimi istifadə edir

İsrailə beynəlxalq məsələlərdə heç bir şərt olmadan dəstək verən ABŞ rəhbərliyi bu günə qədər Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında İsrailin məskunlaşmasını və bölgədə reallaşdırdığı hücumları qınayan, Fələstin torpaqlarını işğal etmək siyasətindən imtinasını istəyən 41 qanuna veto qoyub.

İsrailin Qəzzaya quru və hava hücumu başladaraq əksəriyyəti uşaq və mülki vətəndaş olmaqla 500-dən çox adamı öldürməsi, sülh və təhlükəsizliyi təmin etməyə məsul olan Birləşmiş Millətlərin statusunu yenidən gündəmə gətirib.  

Təşkilatın əsas qərar vermə orqanı olan Təhlükəsizlik Şurası 5-i daimi 10-u keçici olmaqla cəmi 15 üzvü ilə BMT daxilində təkbaşına sülh və təhlükəsizliyin təminatı vəzifəsini boynuna götürüb.

BMT TŞ bu il etibarilə daimi üzvlər ABŞ, Rusiya, Çin, Fransa və İngiltərədən başqa Argentina, Çili, Nigeriya, Ruanda, Çad, Avstraliya, İordaniya, Cənubi Koreya, Lüksemburq və Litvanın iki illik keçici vəzifələri var.

TŞ-nın 5 daimi və veto səlahiyyəti olan üzvü ABŞ İsrailə qarşı 15 üzvün birləşdiyi Şurada atılması planlaşdırılan hər addıma maneə törədir. ABŞ əksər vaxt 14 üzvün dəstək verdiyi qanunları belə, veto edir.

İsrail üçün avtomatikləşdirilmiş vetolar

TŞ-da bir qanunun qərar halına gəlməsi üçün 9 lehinə səs verilməsi və daimi üzvlərdən heç birinin veto etməməsi lazımdır. Sanksiya gücü olmayan başçılıq və mətbuat məlumatlarının hazırlanması üçün isə bütün üzvlərin təsdiqi lazımdır.

BMT rəsmi məlumatlarına görə, 1946-cı ildən bəri keçirilən səsvermələrdə 1970-ci ilə qədər veto səlahiyyətini heç vaxt istifadə etməyən ABŞ 1970-dən bu günə qədər ümumilikdə 79 dəfə veto haqqından yararlanıb.

Bu vetoların yarıdan çoxu olan 41-ini Orta Şərqdə İsrailin hüquqdankənar hərəkətlərinə qarşı müxtəlif ölkələr tərəfindən hazırlanan qanunlara qarşı istifadə edilib.

ABŞ bu çərçivədə ilk vetosunu 10 sentyabr 1972-ci ildə, son vetosunu isə 18 fevral 2011-ci ildə İsrailin işğal etdiyi torpaqlarda məskunlaşmasının qeyri-qanuni olduğunu göstərən qanun üçün istifadə edib.

Bu müddətdə ABŞ-ın veto qoyduğu 41 qərar qanununun əksəriyyəti İsrailin qeyri-qanuni məskunlaşmalarına son verməsi və 1967 sərhədlərinə çəkilməsi tələbini ehtiva edirdi.

İsrailin Fələstin torpaqlarını işğal etməsinin hüquqsuzluğuna toxunulan və 1967-ci ilin əvvəlinə olan sərhədlərinə dönməsini istəyən qanunları bu günə qədər ABŞ-dan başqa heç bir ölkənin veto etməməsi də diqqət çəkir.

Fələstinin BMT-yə üzvlük tələbi də ABŞ-a görə saxlanılıb

Birləşmiş Millətlərə yeni bir üzvün qatılması da BMt TŞ-nın təsdiqinə bağlıdır. BMT TŞ-da qəbul edilməyən bir ölkənin BMT-yə daxil olması mümkün deyil.

Fələstinin üzv olmaq üçün BMT Baş Katibliyinə iki il əvvəl etdiyi müraciət prosedura uyğun şəkildə Təhlükəsizlik Şurasına göndərilib. Ancaq bu tələb hələ BMT TŞ-nın gündəliyinə daxil edilməyib. Bunun səbəbi kimi də ABŞ-ın tələbin müzairəsini istəməməsi göstərilir.

Üzvlük tələbinin BMT TŞ-da ABŞ tərəfindən saxlanmasından sonra Fələstin BMT-dəki statusunu "müşahidəçi"dən "üzv olmayan müşahidəçi dövlət" statusuna yüksəldə bilmək üçün BMT Baş Məclisinə müraciət etmiş və buradakı səsvermədə əhəmiyyətli bir uğur əldə etmişdi.

Bu sayədə Fələstin BMT Baş Məclisində bəzi mövzularda səs vermək və içərisində mühakimənin də olduğu bir çox BMT təşkilatına müraciət haqqı qazanmışdı.    

Son toplantıda yeganə hədəf Həmas oldu

BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya başlatdığı quru hücumuna görə cümə günü İordaniyanın tələbiylə təcili olaraq toplanmışdı.

Toplantıda İsrailin hücumlarının dayandırılmasını məqsəd güdən hər hansı bir qanun layihəsi, ya da məlumat gündəmə gəlmədi. ABŞ və Avstraliya başda olmaqla bir çox ölkənin nümayəndəsi çıxışına, "Həmasın raket hücumlarının qəbul edilməz olduğu və bu hücumlar qarşısında İsrailin özünü müdafiə etməsinin qanuni olduğu" sözləriylə başlamışdı.

Yığıncaqdan sonra Fələstinin BMT Missiyasından verilən açıqlamada, Ərəb qrupu tərəfindən hazırlanan BMT TŞ qanun layihəsinin İordaniyanın digər üzvlərə də paylayacağı bildirildi. Ancaq Şurada hər hansı bir qanun gündəmə gəlmədi.

Hazırlanan qanunda İsrailin Qəzzadan çəkilməsi, atəşkəsin təmin edilməsi, Qəzzaya tətbiq olunan embarqonun qaldırılması və vətəndaşların qorunması üçün lazımlı tədbirlərin görülməsi istənilirdi.

İordaniyanın qanuna son düzəliş etməsi və qanunun BMT TŞ-da səsverməyə təqdim olunması vəziyyətində də ABŞ-ın veto edəcəyi qətidir.

Google+ WhatsApp ok.ru