ABŞ İraqda İŞİD-in mövqelərinə aviazərbələr endirib

ABŞ qırıcıları İraqda IŞİD hədəflərini vurmağa başlayıb, - "Frans-Press".
 
ABŞ-ın hava hücumuna başlaması xəbərini ilk olaraq Frans-Press xəbər agentliyi (AFR) yayıb. ABŞ qırıcılarının İŞİD terror qruplarının Ərbildəki kürdlərə qarşı istifadə etdiyi bir silah anbarını vurduğu bildirilir.
 
Pentaqondan edilən açıqlamada isə hərbi təyyarələrin peşmərgəyə hücum edən İŞİD artilleriyasını vurduğu açıqlanıb.
 
AFR yazır ki, Obama ABŞ təyyarələrinə İraq səmasına qayıtmağı və İraq Kürd Muxtariyyatına hücum edən İŞİD-çiləri vurmağı əmr edib.

Google+ WhatsApp ok.ru