Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfrans keçiriləcək

Cari ilin sentyabr ayının əvvəlində Norveçin Oslo şəhirində Qəzzanın yenidənqurması üzrə beynəlxalq konfrans keçiriləcək. 
Maide.az-ın Səudiyyə Ərəbistanın “əl-həyat”qəzetinə istinadən məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Kömək Təşkilatı (UNRWA)  Qəzzada 250 min fələstinli qaçqına təcili yardımların çatdırılması üçün 187 milyon dollar vəsaitin tez bir zamanda yığılması üçün çağırış edib. 
Fələstin hökumətinin yenidənqurma və inkişaf şurasının sədri Məhəmməd Əştiyə deyib ki,  Qəzza sakinləri üçün su və elektrik enerjisinin təmini və evləri dağılmış şəxslərin məskunlaşdırılması xalqın ən zəruri ehtiyaclarındandır.  
M.Əştiyə deyib ki, Qəzzanın yenidən qurulması üçün 6 milyard dollar vəsatin lazım olacağı proqnozlaşdırılır. 
Norveç dünya ölkələrini Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfransda iştirak etməyə çağırıb. Bəzi avropa ölkələri artıq norveçin bu çağırışına müsbət cavab veriblər. Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfransın sentyabr ayının 1-də Oslo şəhəridə keçirilməsi nəzərdə tutulub. /
 
 

Google+ WhatsApp ok.ru