ABŞ Suriyaya 54 maşından ibarət daha bir hərbi karvan göndərib 12 Oktyabr 2020 10:27 Dünya ABŞ İraqın şimlından Suriyanın şimal-şərqinə hərbi təchizat, silah-sursat və zirehli maşınlar daşıyan daha bir böyük karvan ezam edib. Bu barədə yerli mənbələr məlumat veriblər. Bildirilib ki, İraqın şimalından Suriyanın şimal-şərqində yerləşən Həsəka əyalətinə və Qamışlı rayonuna hərbi təchizat, silah-sursat və zirehli maşınlar daşıyan daha bir böyük karvan ezam edilib. Məlumata görə hərbi karvan əl-Vəlid keçidindən daxil olaraq Suriyanın şimal-şərqində M4 yoluna daxil olub. Qeyd edək ki, İŞİD bölgədə məğlub edildikdən sonra ABŞ və onun dəstəklədiyi kürd bölmələri Fəratın şərqinin böyük əksəriyyətini zəbt ediblər. ABŞ prezidenti Donald Tramp bölgə ilə bağlı son açıqlamasında bildirib ki, buradakı neft quyularının təhlükəsizliyi ABŞ üçün əhəmiyyətlidir. / SalamNews / Teqlər : #ABŞ,#Suriyaya,#maşından,#ibarət,#daha,#bir,#hərbi,#karvan,#göndərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanın prezidenti məlum oldu Ermənistan Xarici İşlər naziri yenidən Rusiyaya gedir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO