Ermənistan Xarici İşlər naziri yenidən Rusiyaya gedir

Ermənistan Xarici İşlər naziri yenidən Rusiyaya gedir

Ermənistan Xarici İşlər naziri Zahrab Mantsakanyanın bu gündən etibarən Rusiyaya üç günlük səfəri planlaşdırılır.

Səfəri zamanı onun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcəyi bildirilir. 

 İclasın əsas mövzusu Rusiya, Ermənistan və Azərbaycan Respublikasının Xarici İşlər nazirləri arasında ötən həftə keçirilən görüşdə müzakirə olunan Dağlıq Qarabağ humanitar atəşkəsidir.   

Qarşıdakı görüş zamanı hər iki tərəfin Dağlıq Qarabağ bölgəsindəki gərginliyi azaltmağa davam etməsi və Minsk Qrupu çərçivəsində danışıqlar prosesini asanlaşdıracaq şərait yaratması planlaşdırılır.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru