Şagirdləri həsrətlə Riham müəlliməni gözləyirlər

Sionistlərin yandırdığı müəllimənin müalicəsi davam edir

Sionistlər tərəfindən evinin dağıdılması nəticəsində 18 aylıq körpəsi və həyat yoldaşını itirən Riham Devabişe ilə digər uşağının müalicəsi davam edir.
 
Maide.az xəbər verirki, İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində sionistlər tərəfindən evinin uçurulmasından bir ay keçməsinə baxmayaraq, Tel Hashomer xəstəxanasında müalicəsinə davam edilən Devabişenin vəziyyətinin ciddiliyini qoruduğu, reanimasiyadna çıxarılan 4 yaşlı oğlu Əhmədin isə qismən yaxşılaşdığı və daim valideynlərini soruşduğu bildirilir.
 
Ailənin yaxınlarından Semir Devabişe bədəninin 92 faizi yanan Riham Devabişenin sağlamlıq vəziyyətinin kritik olduğunu və ən azı 9 ay daha müalicə altında qalması lazım olduğunu deyib.
 
Keçən həftə dəri nəql edilən xəstənin müalicəyə müsbət cavab verdiyini bildirən Devabişe, 4 yaşlı Əhmədin də bədəninin 60 faizinin yandığını və təxminən daha 6 ay nəzarət altında saxlanılacağını söyləyib.
 
Müəllimlərinin sağalaraq məktəbə qayıtması üçün dua edən tələbələrindən Vəfa Əhməd, "müəllimimiz bu gün məktəbə gəlmək üçün yuxudan oyanmadı, ya da oğlu Əhmədi uşaq bağçasına qoymaq üçün hazırlamadı. Bu gün sevincini itirmiş ola bilər, ancaq hazırda bizim qəlblərimizdə və fikirlərimizdədir. Müəllimim sizin məktəbə qayıtmağınızı gözləyirik və sağlamlığınız üçün Allaha dua edirik", - deyib.

Google+ WhatsApp ok.ru