Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər 29 Avqust 2015 01:00 Dünya Ukrayna Ali Radasının deputatı Mixail Saakaşvilinin köməkçiləri tərəfindən döyüldü. Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər. Bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında çoxlu miqdarda şahid yanında Ukraynanın xalq deputatı Aleksey Qonçarenko döyülüb. Deyilənlərə əsasən, deputatın döyülməsinin əsas səbəbi, onun Pyotr Poroşenkonun siyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir. Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə, Qonçarenko cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir. Aleksey Qonçarenkonun qalmaqallı xəbərlərlə gündəmə gəlməsi ilk hal deyil. Deputat 2014-cü il mayın 2-də Odessada Həmkarlar İttifaqının binasının yanğınında aktiv iştirakı ilə yadda qalıb. Həmin insidentdə çoxlu sayda insan ölüb və Aleksey ölmüş və yaralanmış insanların şəklini sosial şəbəkələrdə durmadan yayıb. Bu ilin martında da Qonçarenko Avropa Parlamentində qalmaqal yaradıb. Belə ki, Parlamentdə Fransız Janna Lyuka Şafxauzerin 2014-cü ilin fevral ayında Ukraynaya qaz ixracına Amerika kəşviyyatçılarının başçılıq etməsi kəlməsi deputatın xoşuna gəlməyib. O zaman təhlükəsizlik xidməti güclə də olsa, Qonçarenkonu zaldan çıxarıblar. Teqlər : #Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şagirdləri həsrətlə Riham müəlliməni gözləyirlər Nigeriyada “Boko Haram” liderləri olduqları ehtimal edilən 20 şəxs saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO