Şahzadələrdən nə qədər pul alındığı açıqlandı

Şahzadələrdən nə qədər pul alındığı açıqlandı

-- 65 nəfər hələ də həbsdədir

Səudiyyə Ərəbistanı rəhbərliyi korrupsiyaya qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərdən müsadirə olunan maliyyənin miqdarını açıqlayıb.
 
Maide.Az bildirir ki, "Sputnik"ə istinadən verdiyi məlumata görə, sayları 381 nəfər olan nazir, şahzadə, məmur və iş adamları ümumilikdə hökumətə 106 milyard dollar ödəyiblər.
 
Ölkənin baş prokuroru Səud əl Mojeb bildirib ki, müqavilələr sayəsində 106 milyard dollar məhbuslardan alınıb. Bu maliyyə isə müqavilələr əsasında saxlanılan şəxslərdən əmlak, ticarət biznesi, qiymətli kağızlar və nağd pullarla toplanıb.
 
Səudiyyə rəhbərliyi açıqlayıb ki, saxlanılanların hamısı sərbəst buraxılmayıb, 65 nəfər hələ də həbsdədir.
 

Google+ WhatsApp ok.ru