Albaniyada əsas yolları bağlayıblar

Albaniyada əsas yolları bağlayıblar

-- Etirazçılar magistralda yol ödənişini ləğv etməyə çağırıblar

Aprelin 5-də yüzlərlə etirazçı Albaniyada dörd əsas magistralı bağlayıb, təkər yandırıblar.
 
Maide.Az "Azadliq.org"-a istinadən xəbər verir ki, Onlar hakimiyyətdən Albaniyayla Kosovonu birləşdirən magistralda yol ödənişini ləğv etməyə çağırıblar.
 
Martın 31-də etirazçılar bu yola ilk dəfə qoyulan tariflərə etiraz olaraq ödəniş qutularını yandırmışdılar.
 
Həftəsonu etirazlarında polis toqquşmalardan sonra 23 nəfər saxlanıb. Aprelin 4-d məhkəmə onların 11-i barədə həbs qərarı çıxarıb.
 
Albaniya müxalifət liderləri vətəndaş itaətsizliyinə çağırıb. Onlar albanları bir neçə növ vergini ödəməməyə çağırır, hökumətin öz ətrafındakıları zənginləşdrməkdən ötrü vergi yığdığını bildirirlər.
 
Hökumət ödənişləri modernizasiya işlərini qarşılamaqdan ötrü vacib sayır.
 

Google+ WhatsApp ok.ru