Minlərlə kilometrlik ümid yolçuluğu - Terror və işsizlikdən qaçış 06 Aprel 2018 01:00 Dünya -- bu il təkcə Ərzurumda 13 min 400 qaçqın saxlanılıb Əfqanıstan və Pakistan başda olmaqla müharibələr gedən bir çox ölkələrdən milyonlarla insan öz yurdlarını tərk edərək başqa ölkələrə sığınmaq məcburiyyətində qalıblar. Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki,qaçqınların bir çoxu İran və Türkiyəyə və bəzi hallarda isə bu iki ölkə vasitəsilə Avropa ölkələrinə üz tutur. Bir çoxları minlərlə kilometr yolu piyada gedir və mütəlif vasitələrlə həyatlarını təhlükəyə ataraq “ümid yolçuluğu” edirlər. Əfqanıstandan gələnlər 3326, Paksitandan gələnlər isə 2748 km yol qət edirlər. Məlumata görə, bu il təkcə Ərzurumda 13 min 400 qaçqın saxlanılıb. Ağrı, Qars, Ərzincan, Ardahan və İğdırda isə ümumilikdə 2500 qaçqın saxlanılıb. Onların çoxunun 24-30 yaş arasında olduğu və ailələrinə kömək edə bilmək üçün iş axtardıqları bildirilir. Müvafiq qurumlar bir müddət onları xüsusi sığınacaqlar ərzaq və geyimlə təmin edir, bəzilərinə iş tapmağa da yardımçı olur. Teqlər : #Minlərlə kilometrlik ümid yolçuluğu Terror və işsizlikdən qaçış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Albaniyada əsas yolları bağlayıblar Nazir müavini: İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı müzakirələrə hazırıq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO