Ali-Səud rejimi Qətifdə hökümətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib 12 İyul 2017 01:00 Dünya Ali-Səud rejimi Qətifdə hökumətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edab edib. Maide.İnfo xarici KİV-lərə istinadən xəbər verir ki, onlar 2011-ci ildən sonra müxtəlif zamanlarda hökümətə qarşı keçirilən aksiyalar zamanı həbs olunub və terrorçuluqda ittiham edilib. Səudiyyə Ərəbistan Daxili İşlər Nazirliyi yayımladığı bəyanatda 4 nəfərin terror hərəkətləri törətdiyi üçün edam edildiyini açıqlayıb. Edam olunan şəxslər Zahir Əbdürrəhim əl-Bəsri, Yusif Əli, Mehdi Məhəmməd Saeğ və Əmcəd Nacidir. Səudiyyə Ərəbistanında hazırda daha 50 nəfər edam edilməsi təhlükəsi ilə üz-üzədir. Həmin şəxslərin “cinayəti” dinc aksiyalarda etiraz etmək və öz hüquqlarını tələb etməkdir. İnsan haqları təşkilatları həbs olunan etirazçıların çox ağır işgəncələr edildiyini bildirib və Ali-Səud rejimini tənqid etdiklərinə görə şiə məhbusların edamını pisləyib. Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı ölkənin şərq bölgəsi, xüsusilə Qətifdə 2011-ci ilin fevral ayından etibarən dinc mitinqlər təşkil olunur. Nümayişçilər Ali Səud rejimindən islahatlar etməsini, söz azadlığı, siyasi məhbusların sərbəst buraxılması və neftlə zəngin olan bölgəyə qarşı iqtisadi ve dini ayrı-seçkiliyin sona çatdırılmasını tələb edirlər. Səudiyə rejimi dinc etiraz aksiyalarını şiddət tətbiq etməklə qarşısını almağa çalışır. Rejim ölkənin nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid Ayətullah Nimr Baqir Ən-Nimrin yaşadığı Qətifin Avamiyə rayonundakı Əl-Məsura qəsəbəsini 2 aydan artıq bir müddətdir ki, mühasirə altında saxlayır və bölgəni yer üzündən silməyə çalışır. / Teqlər : #AliSəud rejimi Qətifdə hökümətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə `Qadına qarşı zorakılığın qarşısının alınmasında dinin rolu` mövzusunda knfrans keçirilib - FOTO San-Fransisko aeroportunun dispetçerləri tarixin ən böyük aviaqəzasının qarşısını alıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO