San-Fransisko aeroportunun dispetçerləri tarixin ən böyük aviaqəzasının qarşısını alıb 12 İyul 2017 01:00 Dünya Beş təyyarədə ümumilikdə beş yüzdən çox sərnişin olub San-Fransisko aeroportunda tarixin ən böyük aviaqəzasından son anda yayınmaq mümkün olub. Dispeçer sayıqlığı nəticəsində beş təyyarənin toqquşmasının qarşısı alınıb. Məlumata görə, insident iyulun 7-də gecə saatlarında baş verub. Torontodan uçan "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına yox, yan yola istiqamət alıb. Həmin an bu yolda göyərtəsində sərnişinlər olan daha 4 təyyarə olub. Beş təyyarədə ümumilikdə beş yüzdən çox sərnişin olub. Dispetçer yalnız son anda Kanada aviaşirkətinə məxsus laynerin səhv istiqamət aldığını aşkarlayıb və hava gəmisinin komandirinə lazımi informasiyanı ötürə bilib. Pilotun da bacarığı sayəsində təyyarəni əsas enmə zolağına istiqamətləndirmək və uğurlu eniş həyata keçirmək mümkün olub. (report) / Teqlər : #SanFransisko aeroportunun dispetçerləri tarixin ən böyük aviaqəzasının qarşısını alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali-Səud rejimi Qətifdə hökümətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib Bəhreyn alimlərindən Ali Xəlifə rejiminə: “Üsyan əzmlə artacaq”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO