Ali-Xəlifə rejimi Ayətullah İsa Qasimin evinin yerləşdiyi məntəqədə tədbirlərini artırıb

Ali-Xəlifə rejimi Ayətullah İsa Qasimin evinin yerləşdiyi məntəqədə tədbirlərini artırıb

Ali-Xəlifə rejimi Bəhreyn Ali İslam Şurasının sədri Ayətullah İsa Əhməd Qasimin evinin yerləşdiyi Əldiraz məntəqəsinin mühasirəsini kəskinləşdirib.
 
Maide.Az xəbər verir ki, Əl-Minar telekanalının məlumatına görə, Bəhreyn rejiminin hərbçiləri Əl-Diraz məntəqəsinin mühasirəsi ilə bağlı tədbirləri bu məntəqənin həmin ölkənin digər məntəqələrilə əlaqələrini kəsmək üçün tədbirlərini artırıb. Bəhreynli hərbçilər əsas malların Əl-Diraz məntəqəsinə daxil olmasının qarşısını alır. Belə ki, onlar qida maddələri daşıyan yük maşınlarını qeyd olunan məntəqənin ətrafında öz yüklərini boşaltmağa məcbur edir.
 
Hakim rejimin hərbçiləri həmçinin xarici fəhlələrin bu məntəqədən keçmələrinə və iş yerlərinə çatmalarına mane olur. Əbusəybə, Sitrə, Məamir, Sədəd, Əl-Diraz və Biladul-qədim məntəqələri Ayətullah İsa Qasimi himayə istiqamətində aksiyanın keçirilməsi, həmçinin onun vətəndaşlığını əlindən almasına görə, Bəhreyn rejiminin qərarının pislənilməsi, eləcə də Bəhreyn Əl-Vifaq İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakiməsinə etirazların şahidi olub. /

Google+ WhatsApp ok.ru