WikiLeaks Ərdoğanın kürəkəni Berat Albayrakın meyllərini yayımlayıb

WikiLeaks Ərdoğanın kürəkəni Berat Albayrakın meyllərini yayımlayıb

WikiLeaks Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın kürəkəni, Enerji Nazirliyinin rəhbəri Berat Albayrakın şəxsi e-mail adreslərindən, 57,934  ədət məktubunun olduğu arxivi yayınlayıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə kompaniyanın özü xəbər yayıb.
 
Açıqlamanın davamında deyilir:
E-maillər 2000-ci ilin aprel ayından 2016-cı ilin avqust ayına kimi 16 ili əhatə edir və əsasən Albayrakın  Türkyənin aparacı elitasından siyasətçilər, iş adamları, həmçinin ailə üzvləri ilə  yazışmalarından ibarətdir.
 
23 avqustda  Hacktivist qrub Redhack, Albayrakın e-maillərini ələ keçirildiyini bəyan etmiş, xüsusilə Aslı Ərdoğan və Alp Altınörs başda olmaqla  solçu müxalif məhbusların azadlığa buraxılmasını tələb edərək, əks təqdirdə isə e-maillərin  avqustun 26-da yayınlanacağını bildirmişdi.
 
Tələbləri yerinə yetirilmədiyi üçün, Redhack, arxivi Google Drive və Dropbox-a yükləyir. Türkiyə hökuməti Google Drive, Dropbox, Microsoft Cloud və Github-a normal internet girişini məhdudlaşdıraraq, Redhack  şübhəlisi olduğuni iddia etdiyi insanları həbs elədi. 
 
E-maillərdə Albayrakın adı İŞİD-lə neft ticarəti apardığı deyilən Powertrans kimi müxtəlif  təşkilatlarla çəkilir. 2011-ci ilin 11 noyabrında  Erdoğan hökuməti neft və neft məhsullarının  idxalat, ixracat və ya tranzitinin qadağan edildyi barədə qanun imzalayır. Lakin fərmanda eyni zamanda xüsusi  vəziyyətlərdə qanunun keçərsiz ola biləcəyi vurğulanırdı. Bu istisna şərti tender açılmadan bütün neft ticarət haqlarını vermək üçün Powertrans üçün istifadə edildi.
 
Türk mediasında Powertrans-ın İŞİD nəzarətində neft ticarətini apardığına dair  saysız iddialar  yayımlanıb.
 
Albayrak, Powertrans ilə əlaqəsini dəfələrlə  inkar etsə də, e-maillər əksini göstərir.
 
Bir e-maildə Albayrak  vəkilləri ilə Powertrans-a olan bütün  bağlarını şərti olaraq inkar etməyi müzakirə edirlər. Vəkil  «Müvəkkilim cənab Berat Albayrakın adıkeçən şirkətlə heç bir bağlantısı qalmayıb» deyə, yazılı bir ifadə təklif etdikdə, Albayrak - «Bu nə deməkdir? Heç bir şəkildə  mənim bu şirkəitlə əlaqəm yoxdur», - deyərək məktubda düzəliş edir.
 
Ancaq arxivdə Albayrakın Powertrans ilə 2012-ci ildə əlaqə yaratdığı açıq şəkildə bəlli olur. 
 
Arxivdə Albayrak-ın SEO-su olduğu Çalık Holdingin insan qaynaqları müdiri Betül Yılmaz arasında Powertrans-lə əlaqədar 30-a qədər e-maili  tapılıb. Yılmazın, Powertrans-a işə götürüləcək namizəd personal  və işçilərin maaşları ilə əlaqədar razılıq istədiyi görünür.
 
Arxivdə həmçinin  türk mediasının və sosail medianı AKP idarəçiliyi lehinə nəzarət etmə cəhdləri də açıq şəkildə göstərilir.
 
2013-cü ildə  Ərdoğana qarşı etirazlar artmağa başlayan zaman, hökumət dairələri sosial medianın  böyüyən rolu ilə əlaqədar narahatlıq keçirməyə başladı. Çoxsaylı e-maillər göstərir ki, Gezi etirazlarından bəri AKP, sosial medianı nəzarət etmək üçün investisiya qoymağa başladı. Buna bir tərəfdən Türkiyə daxilində normal internet girişini əngəlləmək, bir yandan Twitter-də işləyib  platformadakı mesajlaşmaya təsir etmək üçün işçi ayırmaq da daxildir.
 
2013-də  Wall Street Journal hökumətin 6000 nəfərlik güclü bir  sosial media komandası yaratdığını iddia etdi.
 
Saytın təqdim etdiyi e-mail arxivi Türkiyə hökumətinin mediaya qarşı təzyiqlərini  və Türkiyədə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. (faktxeber) /

Google+ WhatsApp ok.ru