Ali Liderin nümayəndə heyəti Küveyt partlayışı şəhidlərinin anım mərasimində iştirak edib

Maide.az xəbər verir ki, Ali Lider Seyid Əli Xameneinin dünya məsələləri üzrə müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri, Nigəhban Şurasının hüquqşünası və Rəhbərlik Xübreqanı Məclisinin üzvü Ayətullah Abbas Kəəbi ilə yanaşı bazar günü gecə Küveytin Əlkəbir məscidində olaraq, İmam Cəfər Sadiq (ə) məscidində törədilmiş terror faciəsi şəhidlərinin anım mərasimində iştirak edib. Onlar Küveytin nazirlər kabineti və parlamentinin bir qrup üzvü və məclis sədri Mərzuq Əlqanim ilə görüşüb, kədərə şərik çıxdıqlarını bəyan ediblər. 
 
Maide.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri habelə bu mərasimin kənarında hadisə qurbanlarının ailələri, o sıradan bu hadisənin üç iranlı şəhidinin ailəsi ilə görüşərək, Küveytin bir qrup dövlət və parlament rəsmisi ilə görüşlər keçiriblər.
 
Xatırladaq ki, cümə günü, cümə namazı qılınarkən bir Səduyyəli terrorçu İmam Cəfər Sadiq (ə) məscidində bomba partlatmışdı. Hadisə nəticəsində 27 nəfər namaz qılan şəhid olmuşdu. Bu terror hadisəsində 200-dən çox insan da yaralanıb.

Google+ WhatsApp ok.ru