Türkiyə Təhlükəsizlik Şurası ordunun Suriyaya daxil olmasını müzakirə edəcək 29 İyun 2015 01:00 Dünya Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasında ölkə Silahlı Qüvvələrinin Suriya ərazisinə daxil olması məsələsi müzakirə ediləcək. Bu haqda Türkiyə KİV-i məlumat yayıb. Bu gün Bakı vaxtı ilə saat 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident sarayında Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. Məlumatda bildirilib ki, R.T.Ərdoğan toplantı iştirakçılarına iftar da verəcək. Bu səbəbdən də yığıncağın 7 saatadək davam edəcəyi gözlənilir. Qeyd edək ki, Suriyanın Türkiyə ilə həmsərhəd bölgəsi tam nəzarətsizdir. Ora gah terrorçu İŞİD, gah kürd terrorçu qrupları, gah da Bəşşar Əsədə məxsus silahlılar nəzarət edir. Teqlər : #Türkiyə Təhlükəsizlik Şurası ordunun Suriyaya daxil olmasını müzakirə edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Liderin nümayəndə heyəti Küveyt partlayışı şəhidlərinin anım mərasimində iştirak edib 55 gün aclıq aksiyası keçirdi: Sionist rejim onu sərbəst buraxmağa məcbur oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO