Almaniya alimləri xəbərdarlıq edir: `Ölkədə İslamofobiya təhlükəli həddə çatır`

Almaniya alimləri ölkədə artan İslamofobiya və nifrət cinayətlərinin ciddi şəkildə artdığını bildirir. Maide.az xəbər verir ki, Almaniyada keçirilən elmi konfransda müsəlmanlara qarşı haqsız hərəkətlər müzakirə olunub. 
 
Friedrich Ebert Fondunun təşəbbüsü ilə keçirilən tədbirdə son illərdə ölkədə artan sağçı radikalizm diqqət mərkəzində olub. Paytaxt Berlində keçirilən "Radikalizm, təcridetmə, alçaltma: Almaniyada sağçı populizm" adlı akademik tədqiqat elmi konfransda təqdim edilib. Professor Zick araşdırma ilə bağlı açıqlamalar verərək bildirib ki, Almaniyada İslamofobiya ciddi təhlükə həddinə gəlib.  

Google+ WhatsApp ok.ru