Bu il Gürcüstana nə qədər xeyir vermişik?

2015-ci ilin əvvəlindən Gürcüstana 1,2 milyon nəfərdən çox Azərbaycanlı səfər edib.
 
Bu barədə "Qruziya Online"-a xəbər verib.
 
Bu ilin əvvəlindən Gürcüstana ümumi səfər edənlərin sayı 5,4 milyon nəfəri ötüb. Bu da ötən il qeydə alınan analoji göstəricidən 6,9% çoxdur. 11 ay ərzində isə bu ölkəyə gələn xarici turistlərin sayı isə 2,1 milyon nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2% çoxdur.
 
Qeyd edək ki, Azərbaycan Gürcüstana ən çox səfər edən 3-cü ölkə olub.(azvision)

Google+ WhatsApp ok.ru